Modern.az

Erməni diasporu Modern.az-ın yazdıqlarını TƏSDİQLƏDİ: Azərbaycan diasporu bizi üstələyir

Erməni diasporu Modern.az-ın yazdıqlarını TƏSDİQLƏDİ: Azərbaycan diasporu bizi üstələyir

Diaspor

8 İyun 2020, 13:13

Erməni diasporu Modern.az-da ötən günBir millətin iki diasporu ola bilməz – Azərbaycan və Türkiyə diasporunun Yol xəritəsi” sərlövhəsi ilə çıxan məqalədə qeyd olunan fikirləri təsdiqləyib. Belə ki, Fransanın Alforvil şəhərinin erməni mənşəli yeni vitse-meri Saro Mardiryan Azərbaycan və Türkiyə diasporlarının birgə fəaliyyətindən narahat olduqlarını, erməni diasporunu üstələdiyini ilk dəfə açıq dillə etiraf edib.

 

“Prezident Ərdoğan Fransaya gedən hər bir türkə öz ölkəsinin səfiri olduğunu unutmamağı bildirir. O, soydaşlarına aktiv olmağı, uğur qazanmağı, yaşadığı ölkədə siyasətlə məşğul olmağı və yüksək postlar tutmağa çağırışlar edir. Azərbaycan da aktiv diaspor siyasəti yürüdür. Azərbaycan və Türkiyə diasporunun aktivliyi bizim üçün mənfi nəticələrə səbəb olacaq”-deyə Mardiryan gileylənib.

 

Saro Mardiryan Azərbaycana sevgisi ilə tanınan Rəşidə Datinin Paris meri seçilməsindən də narahat olub.


“Çox güman ki, Parisin meri ərəb mənşəli Rəşidə Dati olacaq”.


Əslən İstanbul ermənilərindən olan Saro Mardiryan Azərbaycan və Türkiyə diasporlarının fəallığı fonunda erməni diasporunun zəifləməsini, passivləşməsini də önə çəkib. O, erməni  diasporunun əvvəlki vaxtlarda olduğu kimi güclü və həmrəy olmadığını, digər Avropa ölkələrində də Azərbaycan diasporunun daha aktiv və mütəşəkkil fəaliyyət göstərdiyini əlavə edib.

 

Erməni diasporu Azərbaycan dövlətinin diasporla birlikdə ayrı-ayrı ölkələrdə Koordinasiya şuraları, “Qarabağ evləri”, “Azərbaycan məktəbləri”i yaratmasını, yerli azərbaycanlıların aktiv siyasətlə məşğul olaraq yaşadıqları ölkələrdə qanunverici və icraedici orqanlarda postlar əldə etməsini narahatlıqla izləyir. Avropada Azərbaycan diasporu Türkiyə diasporu ilə sıx əməkdaşlıq edir. Bu məqamda qeyd olunmalıdır ki, Azərbaycan və Türkiyə diasporlarının Yol Xəritəsi ilk dəfə Azərbaycan prezidenti İlham Əliyev tərəfindən irəli sürülüb. Saro Mardiryanın narahatlığı erməni diasporunun bu Yol Xəritəsinin icrasından keçirdiyi narahatlığın ilk işartısıdır.

Fransa ilə yanaşı, Avropanın digər ölkələrində də, xüsusən Almaniya, Hollandiya, Belçika, İsveç, Polşa, İtaliya, İspaniya, Böyük Britaniyada Azərbaycan diasporunun aktivliyi, Azərbaycan-Türkiyə birgə diaspor fəaliyyəti erməni diasporunu və Ermənistan hakimiyyətini ciddi narahat edən tendensiyadır.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub