Modern.az

Rusiya XİN: “Lavrov Yerevanda Qarabağ danışıqlarının gedişini müzakirə edəcək”

Rusiya XİN: “Lavrov Yerevanda Qarabağ danışıqlarının gedişini müzakirə edəcək”

Təhsil

13 Yanvar 2010, 12:22

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün İrəvana gedir. Modern.az-ın “İnterfaks”a istinadən verdiyi məlumata əsasən bu gün Rusiya XİN Lavrovun İrəvan səfəri ilə bağlı bəyanat yayıb.

“Yanvarın 13-14-də RF XİN başçısı Ermənistanda işgüzar səfərdə olacaq. Səfərdə Rusiyanın vasitəçilik missiyası kontekstində  Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə aparılan danışıqlar prosesinin gedişi diqqət mərkəzində olacaq. Bundan əlavə Cənubi Qafqazdakı situasiya və ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunacaq”-deyə Rusiya XİN rəsmi nümayəndəsi Andrey Nesterenko bildirib.  
Səfər zamanı Sergey Lavrov Ermənistan prezidenti Serj Sərksiyan, erməni həmkarı Edvard Nalbandyanla danışıqlar aparacaq.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır