Modern.az

"Ovqat"ın şəhadətnaməsini AzTV-yə veriblər

"Ovqat"ın şəhadətnaməsini AzTV-yə veriblər

13 Yanvar 2010, 13:09

İcimai Televiziya (İTV) və AzTV ötən həftə “Ovqat” bədii-ədəbi verilişi ilə bağlı bir-birini müəllif hüquqlarını pozmaqda ittiham etmişdi. Ardınca həm İTV, həm də AzTV “Ovqat”a olan müəlliflik hüququnun bərpası üçün Müəllif Hüquqları Agentliyinə müraciət etmişdi. Sonradan İTV Müəllif Hüquqları Agentliyinin cavabını gözləmədən “Ovqat” adından imtina edib "Səhər sovqatı" adlı veriliş yayımlayacağını bildirdi. Modern.az-ın əldə etdiyi məlumata görə, Müəllif Hüququları Agentliyi artıq "Ovqat" verilişinin müstəsna yayım hüququnun AzTV-yə məxsus olması barədə Dövlət Televiziyasına şəhadətnamə verib.

Məlumatı dəqiqləşdirmək üçün öncə AzTV ilə əlaqə saxladıq. Televiziyanın adının çəkilməsini istəməyən əməkdaşları onlarda bu barədə qeyri-rəsmi məlumat olduğunu bildirdilər. Amma AzTV rəhbərliyindən xəbərlə bağlı rəsmi mövqe öyrənmək mümkün olmadı.
Müəllif Hüquqları Agentliyində də məsələnin hələ araşdırılma mərhələsində olduğunu deyərək, həftənin sonunadək gözləməyi məsləhət gördülər.
Məlumatı Modern.az-a verən mənbə isə deyib ki, "Ovqat" verilişinin AzTV-yə məxsus olması barədə Dövlət Televiziyasına şəhadətnamənin verilməsi tezliklə rəsmən bəyan olunacaq.
 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu