Modern.az

Avropada yaşayan diaspor üzvləri Azərbaycan Evlərinə ÜZ TUTUR

Avropada yaşayan diaspor üzvləri Azərbaycan Evlərinə ÜZ TUTUR

Diaspor

9 İyun 2020, 14:58

Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətinin mühüm istiqamətlərindən biri dünyanın müxtəlif ölkələrində Azərbaycan Evlərinin açılmasıdır. Statistik göstəricilər bu işin uğurla həyata keçirildiyini göstərir.

Artıq 10 ölkədə - Almaniya (2), Macarıstan, Gürcüstan, İspaniya, Ukrayna, İtaliya, Türkiyə, Belçika və Polşada Azərbaycan Evləri yaradılıb.

 

Maraqlıdır, müxtəlif  ölkələrdə fəaliyyət göstərən Azərbaycan Evlərinin pandemiya dövründə iş prosesi necə oldu? Vətəndaşlarımız yardım üçün Azərbaycan Evlərinə müraciət etdimi?

Modern.az ilk olaraq Polşanın Varşava şəhərində fəaliyyət göstərən Azərbaycan Evinin rəhbəri Lalə Zeynalova əlaqə yaradıb. Lalə Zeynalova pandemiya dövründə görülən işlər və vətəndaşlarımız barədə məlumat verib:

“Polşaya azərbaycanlılar tərəfindən axın 3-4 il əvvəl başladığı üçün burda vətəndaşlarımızın çoxu müvəqqəti işlərdə çalışır. Vətəndaşlarımız iş yerlərinin bağlanmasına görə  müvəqqəti işlədikləri üçün müqavilələrinin sığortalanmadığını nəzərə alsaq, maddi sıxıntılar yaşamağa başladılar. Çünki Polşa dövləti onlara heç bir təzminat ödəmədi. Bu cür çətin dövrdə əminliklə deyə bilərəm ki, burda qalan azərbaycanlıların müvəqqəti sığınacaq üçün üz tutduyu yer məhz Azərbaycan Evi oldu. Hətta Avropada karantin elan edilən ölkələrdən  keçid üçün Polşaya gələn vətəndaşlarımız da bir müddət Azərbaycan Evində yerləşdirildi. Amma onu da qeyd edim ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə məşğul olan Azərbaycan Evləri sırf mədəniyyətimizin təbliği üçün nəzərdə tutulub, yəni, müvəqqəti sığınacaq kimi istifadə üçün şərait yox idi. Amma biz çətin dövrü nəzərə alaraq birlik göstərib, vətəndaşlarımızın burda yerləşdirilməsinə nail ola bildik. İki ay ərzində 150-ə yaxın müraciət aldıq . Elə müraciətlər oldu ki, onlara dərhal, anında yardım etdik. Amma bəzi müraciətləri də səfirliyə də Diaspor Komitəsinə yönləndirdik. Həmçinin Polşada sərhədlər bağlansa da, Belarusiyada sərhədlər açıq idi və 19 azərbaycanlıya Azərbaycana qayıtmaq üçün yardım göstərdik.

 

Diaspor nümayəndəsi vətəndaşlarımız tərəfindən Azərbaycan Evi-nə ən çox aprel ayında müraciət daxil olduğunu deyir:

“Təmsil etdiyim Azərbaycan Evi və Diaspor Komitəsi tərəfindən həmyerlilərimizə dəstək verilməsi üçün fəaliyyət planı həyata keçirildi. Azərbaycan Evində müvəqqəti qalmaq üçün ən çox müraciət aprel ayında olmuşdu və 19 vətəndaşımız burada yerləşdirilmişdi. Amma Belarusiya və Varşavadan təxliyyələr həyata keçiriləndə də Azərbaycan Evi soydaşlarımıza öz qapısını açdı. İndi Polşada vəziyyət yüngülləşdiyi üçün daha müvəqqəti sığınacaq üçün müraciətlər bizə daxil olmur. Polşadakı diaspor təşkilatının rəhbəri Fərid Cəfərlinin də təşəbbüsü ilə Azərbayacana qayıda bilməyən vətəndaşlarımıza maddi yardım, ərzaq yardımı göstərmişik və bu proses davam etdiriləcək”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir