Modern.az

Azərbaycanda daha 315 nəfər virusa yoluxdu, 5 xəstə öldü

Azərbaycanda daha 315 nəfər virusa yoluxdu, 5 xəstə öldü

9 İyun 2020, 18:12

Azərbaycanda 315 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 229 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

 

Bu barədə Modern.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

 

Bildirilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.

 

Qeyd edək ki, bununla da Azərbaycanda koronavirusa yoluxanların ümumi sayı 8191-ə yüksəlib. Onlardan 4606 nəfər müalicə olunaraq sağalıb, 98 nəfər vəfat edib, 3487 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı