Modern.az

Azərbaycanın 9 şəhərində həftəsonu sərt karantin rejimi tətbiq ediləcək

Azərbaycanın 9 şəhərində həftəsonu sərt karantin rejimi tətbiq ediləcək

9 İyun 2020, 18:51

Koronavirus pandemiyası ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargah yenidən həftəsonu ilə bağlı qadağa tətbiq edib.

Modern.az-ın məlumatına görə, bu qadağa Kürdəmir, Yevlax və Salyan rayonlarına da aid edilib.

Rəsmi məlumata görə, 2020-ci il 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan  rayonlarının ərazisində bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırılır (xüsusi təyinatlı, qəza-bərpa, təcili tibbi yardım avtomobillərinin və fəaliyyətinə icazə verilən orqanların (qurumların) və təşkilatların xidməti, həmçinin onların əməkdaşlarına məxsus şəxsi avtomobillərin, eyni zamanda yaxın qohumlarının dəfnində iştirakla əlaqədar vətəndaşların şəxsi avtomobillərinin hərəkəti istisna olmaqla).

2020-ci il 14 iyun saat 00:00-dan 16 iyun 06:00-dək  Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərində, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan  rayonlarında əhalinin yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?