Modern.az

Ali təhsil müəssisələrinə sənəd qəbulu başa çatdı

Ali təhsil müəssisələrinə sənəd qəbulu başa çatdı

Təhsil

10 İyun 2020, 00:27

2020/2021-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu başa çatıb.

Dövlət İmtahan Mərkəzindən  Modern.az-a verilən məlumata görə, mayın 12-dən başlanan sənəd qəbulunun vaxtı iyunun 9-da saat 23:59-da bitib.

Qeyd edək ki, ali təhsil müəssisələrinə indiyədək ərizə verən abituriyentlərin sayı 91543-dür. I-IV qrup üzrə 72821 abituriyent ərizə verib. Onlardan 66686-sı Azərbaycan, 6135-i rus bölməsindəndir.

I qrup üzrə indiyə qədər 30917 (28407 nəfər Azərbaycan, 2510 nəfər rus bölməsi), II qrup üzrə  14180 (12803 nəfər Azərbaycan, 1377 nəfər rus bölməsi), III qrup üzrə 22568 (20975 nəfər Azərbaycan, 1593 nəfər rus bölməsi), IV qrup üzrə 5156 (4501 nəfər Azərbaycan, 655 nəfər rus bölməsi) nəfər ali məktəblərə sənəd verib.

V qrup üzrə qeydiyyatdan keçənlərin sayı ümumilikdə 57635 nəfərdir, onlardan 53920 nəfəri Azərbaycan, 3715-i isə rus bölməsidir.

Tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə indiyə qədər ərizə verən şagirdlərin sayı 60710 nəfərdir. Onlardan 57781 nəfəri Azərbaycan, 2929 nəfəri isə rus bölməsindən olan şagirdlərdir.

Whatsapp
Bizə yazın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi