Modern.az

Köməkçisi olmayan deputatlar Sahibə Qafarovanın çağırışına ƏMƏL ETDİLƏR

Köməkçisi olmayan deputatlar Sahibə Qafarovanın çağırışına ƏMƏL ETDİLƏR

10 İyun 2020, 15:35

Milli Məclisin deputatlarının mütləq əksəriyyəti  köməkçilərlə təmin edilib.

 

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, bir müddət əvvəl deputat köməkçilərinin tam formalaşmaması məsələsi artıq həllini tapıb.

 

Qeyd edək ki, bir müddət öncə  Milli Məclisin Sədri Sahibə Qafarova özünə köməkçi seçməyən deputatlara müraciət etmişdi.

 

“Hörmətli həmkarlar, sizdən xahişim budur ki, öz köməkçilərinin namizədliyini hələ də müəyyən etməmiş deputatlar bu məsələni tezliklə həll etsinlər və köməkçilərinin namizədliyini Milli Məclisin Aparatına təqdim etsinlər",- spiker bildirmişdi.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir