Modern.az

Dünyanın qaynar nöqtəsində konsert verən, bir zamanların populyar “Aşıqlar” qrupu – VİDEO

Dünyanın qaynar nöqtəsində konsert verən, bir zamanların populyar “Aşıqlar” qrupu – VİDEO

10 İyun 2020, 18:35

Sevilən mahnıları ilə Azərbaycan musiqisini dünyada təbliğ edən, dövrünün ən gərgin müharibəsini yaşayan Əfqanıstanda konsertlərlə çıxış edən – “Aşıqlar” qrupu.

1973-cü ildə Polad Bülbüloğlunun məsləhəti ilə Elxan Şıxəliyev “Aşıqlar” qrupunu yaradır.

 

Əfsanəvi "Qaya" qrupunun dağılması zamanı belə bir qrup yaratmaqla, onlar Azərbaycan musiqisini dünyada təbliğ etmək məqsədi daşıyırdı.

Qrup Azərbaycan xalq mahnılarını uğurlu aranjeman etməklə, yenidən insanlara tədim edirdi. Bundan əlavə “Aşıqlar” özləri mahnı bəstələyib, ifa edirdilər. Elə bu səbəbdən qrupa “Aşıqlar” adı verilib. Yenicə fəaliyyətə başlayan qrup 2 ay müddətinə Polad Bülbüloğlunun konsert proqramını, həm də öz proqramlarını hazırlamağı bacarır. “Aşıqlar” respublikanın bütün şəhər və rayonlarında konsert proqramları ilə çıxış edir.

 

 1983-cü ildə Mərkəzi Komsomol Komitəsi onları Əfqanıstana göndərmək qərarına gəlir və ansambl Nisə Qasımova ilə birlikdə oraya yollanır.

 “Aşıqlar” cəbhə xəttinin qaynar nöqtələrində uğurlu konsert proqramları ilə çıxış edir. Əfqanıstan səfərindən sonra qrupun uğurları daha da artır, onlar bir neçə xarici dövlətdə ölkəmizi təmsil edirlər.

“Aşıqlar”ın sonuncu qastrol səfəri isə 1988-ci ildə Monqolustana olub. 90-cı illərin əvvəllərində Azərbaycanda yaranmış gərgin siyasi vəziyyət “Aşıqlar”dan da yan keçmir. Qarabağ münaqişəsinin başlanması və Polad Bülbüloğlunun mədəniyyət naziri təyin edilməsindən sonra “Aşıqlar” 1989-cu ildə fəaliyyətini dayandırmağa məcbur olur.

 

Elxan Şıxəliyev 1997-ci ildə “Aşıqlar” qrupunu yenidən bərpa etmək qərarına gəlsə də, bu müvəqqəti xarakter daşıyır. Əvvəlki üzvlər və bir neçə yeni musiqiçi ilə yenidən bərpa olunan qrup 2001 və 2002-ci illərdə Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edir.

Uzun illər keçməsinə baxmayaraq, qrupun mahnıları hələ də sevilərək dinlənilir.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir