Modern.az

Ermənilərin Aprel döyüşləri barədə çəkdiyi qərəzli film BEYNƏLXALQ FESTİVALDA...  

Ermənilərin Aprel döyüşləri barədə çəkdiyi qərəzli film BEYNƏLXALQ FESTİVALDA...  

Mədəni̇yyət

10 İyun 2020, 21:13

Ermənilər beynəlxalq mədəniyyət tədbirlərindən Azərbaycana qarşı siyasi məqsədlərlə istifadə etməkdə davam edir. 

Modern.az xəbər verir ki, bu dəfə iyunun 22-26-sı tarixlərində Kann kinofestivalının keçirəcəyi və Avropanın ən böyük kino bazarı olan “Marché du Film” tədibirindən istifadə olunacaq.

 

Belə ki, çəkilişləri Qarabağda və Avropada aparılan və Aprel döyüşlərini anti-Azərbaycan mövqeyindən təsvir edən “Cənnətə açılan qapılar” filmi “Marché du Film” tədbirində təqdim olunacaq. Burada film Avropanın və ABŞ-ın nüfuzlu kinoprodüser mərkəzlərinə təqdim olunacaq.

Xatırladaq ki, millətçi erməni rejissor Rejissor Civan Avetisyanın çəkdiyi “Cənnətə açılan qapılar” filmində almaniyalı aktyor Rixard Zammel, Nina Krongyaer, Rusiya Milli Filarmonik Orkestrinin baş dirijoru, SSRİ və Rusiya Xalq artisti Vladimir Spivakovun qızı Tatyana Spivakova və erməni aktyorlar çəkilib.

Filmdə hadisələr 2016-cı ilin aprelində Qarabağda cərəyan edir. Döyüşləri işıqlandırmağa gələn almaniyalı fotoqraf 22 il əvvəl Qarabağ döyüşləri zamanı tanış olduğu erməni fotoqrafının qızı Sofiyaya vurulur.  

 

Bundan öncə, 73-cü Beynəlxalq Kann kinofestivalının proqramına erməni rejissor Nora Martirosyan “Külək əsirsə” filmi daxil edilmişdi. Belçika, Fransa və Ermənistanın birgə istehsalı olan filmin ssenarisi Xocalı aeroportunun işə salınmasına həsr olunmuşdu.

 

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub