Modern.az

Ərdoğan Medvedevlə görüşüb

Ərdoğan Medvedevlə görüşüb

13 Yanvar 2010, 16:33

Bu gün Moskvada səfərdə olan Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanı Rusiya prezidenti Dmitri Medvedev qəbul edib. Modern.az-ın “Ria-novosti” agentliyinə istinadən verdiyi məlumata əsasən, görüş Rusiya prezidentinin Moskvaətrfındakı Barvix iqamətgahında baş tutub. Görüşdən əvvəl Medvedev bəyan edib ki, Rusiya – Türkiyə münasibətləri yüksəlməkdədir. Medvedev iki ölkənin münasibətlərini strateji tərəfdaşlıq münasibətləri kimi qiymətləndirib. O, ötən ili iki ölkə arasında əlaqələrdə uğurlu il kimi səciyyələndirib.  İqtisadi sahədə iki ölkə arasında ticarət səviyyəsinin həcminin bir qədər azalmasına baxmayaraq, Medvedev bəyan edib ki, “Rusiya və Türkiyə perspektiv üçün öz qarşılarına ambisioz vəzifələr qoyub”.

Medvedev bir sıra ciddi problemlərin, xüsusən də  regional problemlərin olduğunu vurğulayıb. O bu məsələlər ətrafında Türkiyə tərəfi ilə daimi məsləhətləşmələr aparıldığını deyib. “Regiondakı ab-hava bizim mövqelərmizin nə qədər yaxınlğından asıldır”-deyə Rusiya prezidenti bildirib.

Öz növbəsində Ərdoğan qeyd edib ki, Türkiyə - Rusiya münasibətləri kulminasiya nöqtəsindədir. “Bütün münasibətlərin divesifikasiyası müşahidə olunur. İqtisadi, siyasi, müdafiə sahəsində çoxplanlı əməkdaşlıq davam edir”-deyə Ərdoğan bildirib. O iki ölkə arasında energetika sahəsində əməkdaşlığın nümunəvi olduğunu vurğulayıb.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir