Modern.az

ABŞ-dan təxliyyə edilən azərbaycanlıların SON DURUMU: “Onun halı yaxşı deyildi”

ABŞ-dan təxliyyə edilən azərbaycanlıların SON DURUMU: “Onun halı yaxşı deyildi”

11 İyun 2020, 13:40

Bu gün "Azərbaycan Hava Yolları" QSC (AZAL) ABŞ-ın Nyu-York şəhərindən 217 ölkə vətəndaşının çarter reysi ilə Azərbaycana gətirib.

Təxliyyə olunan vətəndaşımız xalq artisti tarzən Möhlət Müslümovun oğlu Rüstəm Müslümov ABŞ-da qaldığı müddətdəki təəssüratlarını və təxliyyə prosesi  bağlı fikirlərini Modern.az-a danışıb. Vətəndaşımız təxliyyə olunanların  “Pullman” otelində yerləşdirildiyini və vəziyyətlərinin yaxşı olduğunu deyib:

 

“Hazırda “Pullman” otelində yerləşdirilmişik. Hər otaqda iki nəfər qalır, şərait və bizə qarşı olan diqqət də çox əladır. ABŞ-a martda kino-musiqi festivalında iştirak etmək üçün getmişdim. Açığı ABŞ-a gedəndə ağlıma gəlməzdi ki, vəziyyət belə gətirər və bu qədər müddət ABŞ-da qalaram. Amma orda qalmağımızın bir xeyiri o oldu ki, mən və komanda yoldaşlarım kinoya çəkildik, həmçinin bizim haqda da orda yaşayan vətəndaşımız Elmar Bayramov kinofilm çəkdi. Elə martda qayıtmaq üçün ərizəmizi yazdıq cavab iyunda gəldi. Üç ay ərzində menecerimizin evində qaldıq, bu aylar ərzində o bizim əziyyətimizi çəkdi. Bundan başqa Diaspor Komitəsi də bizə yardım etdi. Bir nəfər vətəndaşımızın bileti Komitənin hesabları imkanına alındı”.

 

R.Müslümov təxliyyə olunanların müxtəlif məqsədlərlə ABŞ-da qaldığını bildirib:

“ABŞ-dan qaydıanlar arasında tələbələr də var, orda iş üçün yaşayanlar da, bizim kimi müvəqqəti gedənlər də. Yəni təxliyyə olunanlar qarışıq idi. Bizimlə 83 yaşlı bir nənə qayıtdı, onun halı yaxşı deyildi. Amma indi bura gələndən sonra qulluq olundu, indi özünü yaxşı hiss edir. Hamımızdan hava limanına çatdıqdan sonra analiz nümunəsi götürülüb, qızdırmamız da ölçülüb. Dedilər ki, testlərin nəticəsi gün ərzində bilinəcək. Amma deyim ki, təyyarədə olanlar arasında elə ciddi narahatlığı olan yox idi, yəni yol boyu kimsədə problem yaşanmadı”.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir