Modern.az

Ermənistanın son günlərdə uğradığı 2 DİPLOMATİK MƏĞLUBİYYƏT

Ermənistanın son günlərdə uğradığı 2 DİPLOMATİK MƏĞLUBİYYƏT

Qarabağ

12 İyun 2020, 13:50

Ermənistanın yürütdüyü işğalçı siyasət artıq beynəlxalq birlik tərəfindən də qəbul olunmağa başlayır. Son günlər rəsmi Yerevan 2 cəbhədən diplomatik məğlubiyyət xəbəri alıb.

 

Modern.az xatırladır ki, iyunun 10-da Avropa İttifaqı – Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Marina Kalyurand, Avropa Parlamentinin Azərbaycan üzrə məruzəçisi Jelyana Zovko və Ermənistan üzrə məruzəçisi Trayan Basesku birgə bəyanatla çıxış edərək Ermənistanın işğalçılıq siyasətini ifşa etdilər.

Birliyin qəbul etdiyi bəyanatda Ermənistanın Qafan rayonunu Azərbaycanın işğal olunmuş Cəbrayıl və Qubadlı bölgələrindən keçməklə  Dağlıq Qarabağın Hadrut rayonuna birləşdirəcək yolun inşa kəskin tənqid olundu. Rəsmi Brüssel Yerevanın bu planını Dağlıq Qarabağ və ətraf ratyonların qeyri-qanuni işğalının rəmiz olaraq möhkəmləndirilməsi kimi qiymətləndirdi.

 

Avropa parlamenti Dağlıq Qarabağı işğal olunmuş ərazi hesab etdiyini bir daha təkrarlamış oldu.

Ermənistan diplomatiyasının son günlər aldığı ikinci zərbə isə İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının sədri Tural Gəncəliyevlə görüşməsi oldu.

“Görüş zamanı səfir Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və region ölkələrinin təşəbbüsü əsasında sülh yolu ilə həll olunmasının vacibliyini vurğulayıb”-deyə İranın Azərbaycandakı səfirliyinin “Twitter” səhifəsində bildirilib.

 

Daim Yerevanın isti münasibətlər saxlamağa çalışdığı İranın Qarabağın Azərbaycanlı icmasının sədri ilə görüşməsi Ermənistan rəhbərliyinin münaqişə ilə bağlı mövqeyinə daha bir zərbə oldu. Belə ki, Ermənistan rəhbərliyi Qarabağın erməni icmasını münaqişənin yeganə tərəfi kimi təqdim edir, azərbaycanlı icması tərəf kimi qəbul etmirdilər.

Etirazlara baxmayaraq, Nikol Paşinyan hökumətinin İsraildə səfirlik açmaq israrı da rəsmi Tehranın qəzəbləndirən addımlardan biri hesab olunur.

 

Qısa müddət ərzində rəsmi Yerevanın diplomatik cəbhədə uğradığı bu məğlubiyyətlər 30 il ərzində qurduğu strategiyanın laxlamasından xəbər verir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi