Modern.az

Ermənistandan AÇIQLAMA: “Qarabağa 3-cü yolla yanaşı, Xocalı aeroportuna...”

Ermənistandan AÇIQLAMA: “Qarabağa 3-cü yolla yanaşı, Xocalı aeroportuna...”

12 İyun 2020, 16:38

Ermənistan prezidentinin köməkçisi, eks-deputat və “Beynəlxalq İnsan İnkişafı Mərkəzi”nin prezidenti Tevan Poqosyan Avropa parlamentinin Qarabağla bağlı bəyanatına reaksiya verib.

Modern.az xəbər verir ki, Ermənistan rəsmisi Avropa Komissiyasının Ermənistandan Qarabağa üçüncü yolun çəkilməsinə etirazı ehtiva edən bəyanatını tənqid edib.

Poqosyanın fikrincə, rəsmi Yerevan Qarabağa yalnız quru yolu deyil, hava nəqliyyatını da işə salmalıdır.

“Bizə təkcə, Qarabağa üçüncü yolu inşa etmək yox, yeni kommunikasiyalar, o cümlədən Xocalı aeroportu barədə də fikirləşmək lazımdır. Müntəzəm hava rabitəsi yaratmalıyıq ki, Qarabağa təyyarədə uça bilək. Bunun üçün Xocalı aeroportu işə salınmalıdır”.

 

Tevan Poqosyan Avropa parlamentinin son qərarını neytrallaşdırmaq üçün AŞPA-dakı erməni nümayəndə heyətinin akitvləşməsini və Yerevanın maraqlarına xidmət edən yeni bəyanatın yayılmasına nail olmağı vacib hesab edib.

“Bizim mövqeyimizə dəstək verəcək digər ölkələrin nümayəndə heyətləri ilə əlaqə qurmalıyıq. Əgər Avropa parlamenti Minsk Qrupunun səylərinə dəstək olmursa, onda neqativ açıqlamaları ilə bizə mane olmasınlar”.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir