Modern.az

Ölkədə COVİD-19-a yoluxmada cins və yaş BÖLGÜSÜ

Ölkədə COVİD-19-a yoluxmada cins və yaş BÖLGÜSÜ

14 İyun 2020, 11:23

Azərbaycanda COVİD-19-a yoluxanlar arasında qadınlar üstünlük təşkil edir.

 

Modern.az koronavirusinfo.az saytına istinadən həftələr, yaş, cins bölgüsü üzrə yoluxma, sağalma və ölüm faizlərini təqdim edir:

- 27 aprel-3 mayda 287 nəfər yoluxub, 302 nəfər sağalıb, 4 nəfər vəfat edib;

- 4 may-10 mayda 587 nəfər yoluxub, 209 nəfər sağalıb, 7 nəfər vəfat edib;

- 11 may-17 mayda 755 nəfər yoxubu, 365 nəfər sağalıb,7 nəfər vəfat edib;

- 18 may-24 mayda 848 nəfər yoluxub, 592 nəfər sağalıb, 10 nəfər vəfat edib;

- 25 may-31mayda 1372 nəfər yoluxub,821 nəfər sağalıb, 14 nəfər vəfat edib;

- 1 iyun-7 iyunda 2059 nəfər yoluxub, 721 nəfər sağalıb, 25 nəfər vəfat edib.

- 8 iyun-14 iyuna qədər (14 iyunun nəticələri açıqlanmayıb) 2017 nəfər yoluxub, 1160 nəfər sağalıb, 27 nəfər vəfat edib.

 

Yoluxanlardan 0-9 yaş arasında olanlar 5 faiz, 10-19 yaş arasında olanlar 6 faiz, 20-29 yaş arasında olanlar 14 faiz, 30-39 yaş arasında olanlar 18 faiz, 40-49 yaş arasında olanlar 15 faiz, 50-59 yaş arasında olanlar 21 faiz, 60-69 yaş arasında olanlar 16 faiz, 70-79 yaş arasında olanlar 4 faiz, 80 yaş və daha yuxarı yaşda olanlar 2 faiz təşkil edir.

 

Ümumi yoluxanların 54 faizi qadınlar, 46 faizi kişilərdir.

 

Qeyd edək ki, bugünədək Azərbaycanda 9570 nəfər COVİD-19 virusuna yoluxub. Onlardan 5309 nəfəri sağalıb, xəstəxanalarda müalicə alan aktiv xəstə sayı 4146 nəfər, ölənlərin sayı 115 nəfərdir. İndiyədək respublikada 375759 test həyata keçirilib.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı