Modern.az

Azərbaycan XİN Ermənistanın keçmiş Şaumyan rayonu ilə bağlı bəyanatına CAVAB VERDİ

Azərbaycan XİN Ermənistanın keçmiş Şaumyan rayonu ilə bağlı bəyanatına CAVAB VERDİ

Qarabağ

14 İyun 2020, 12:09

“Ermənistan Xarici İşlər Nazirliyinin Azərbaycanın keşmiş Şaumyan rayonunun guya ki, işğal olunmasına dair bəyanatı təcavüzkar Ermənistanın Azərbaycana qarşı olan əsassız ərazi iddialarının ölkəmizin hazırda Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Dağlıq Qarabağ bölgəsi və ətraf yeddi rayonu ilə məhdudlaşmadığını aşkar şəkildə göstərir”.

 

Modern.az-ın məlumatına görə, bunu Azərbaycan Xarixi İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva KİV-in Ermənistan XİN-in Azərbaycanın keçmiş Şaumyan rayonu ilə bağlı bəyanatının şərh edilməsi ilə bağlı sualı cavablandırarkən bildirib.

 

L.Abdullayeva deyib ki, Azərbaycanın keçmiş Şaumyan rayonu ilk dəfə 1930-cu ildə keçmiş Gəncə qəzasının ərazisində əsasən ermənilərin məskunlaşdığı ərazilərin daxil olduğu Şaumyan kənd rayonu inzibati vahidi şəklində yaradılıb. Bu rayon heç vaxt keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə daxil olmayıb. 1991-ci ildə Azərbaycan Respublikasının Ali Sovetinin qərarı ilə rayon ləğv edilərək Qasım İsmayılov rayonunun tərkibinə daxil edilmiş, sonradan isə onun tarixi adı qaytarılaraq Goranboy adlandırılıb: “Ermənistan XİN-in Azərbaycanı öz beynəlxalq tanınmış ərazilərini işğal etməkdə ittiham etməsi gülünc olduğu qədər, yumşaq dillə desək anlaşılmazlıq doğurur.

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?