Azərbaycanda son 24 saatda koronavirusla bağlı daha 6087 nəfər test edilib.
TƏBİB-dən Modern.az-a verilən məlumata görə, ümumilikdə ölkədə edilən testlərin sayı 381 846-dır.
Son sutkada ölkədə 387 yeni yoluxma, 4 ölüm qeydə alınıb.
Məlumata görə, hazırda reanimasiyada 136 nəfər müalicə alır, 28 nəfər isə süni tənəffüs cihazına qoşulub.
Qeyd edək ki, indiyədək ölkəmizdə 9 957 nəfər virusa yoluxub, 119 nəfər ölüb, 5 583 nəfər isə sağalıb. Hazırda müalicəsi davam edən xəstələrin sayı 4 255 nəfərdir.