Modern.az

Koronavirus Monteneqroya yenidən “QAYITDI”

Koronavirus Monteneqroya yenidən “QAYITDI”

15 İyun 2020, 09:30

İyunun 14-də Monteneqroda 1 nəfərdə koronavirus (COVID-19) qeydə alınıb.

 

Modern.az xəbər verir ki, may ayının 25-dən dünənə kimi ölkədə bu infeksiyaya yoluxma aşkarlanmırdı. 

 

Hətta həmin tarixdə Monteneqronun prezidenti Milo Cukanoviç özünün tvitter səhifəsində "Monteneqro koronavirusa uğurla qalib gəlib, ölkədə qeydə alınmış yoluxma qalmayıb” yazaraq, uğurlu nəticənin Monteneqro dövlət orqanlarının və cəmiyyətin yüksək məsuliyyəti sayəsində əldə edildiyini vurğulamışdı.

 

Qeyd edək ki, mayın 25-dək Monteneqroda infeksiyaya yoluxmuş 324 nəfərdən 9-u vəfat edib, 315 xəstə isə sağalaraq evə buraxılmışdı. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) isə Monteneqronu koronaviruslu ölkələr siyahısında sıfır göstərici ilə işarələmişdi.

 

T.İSMAYIL

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir