Modern.az

Dünyanın bu ərazisi koronavirusdan QURTULDU

Dünyanın bu ərazisi koronavirusdan QURTULDU

15 İyun 2020, 09:47

Dünyanın daha bir ərazisində koronavirus (COVID-19) xəstəsi qalmayıb.

 

Modern.az xəbər verir ki, Qvadelupa adasında infeksiyaya yoluxmuş 171 nəfərdən 14-ü ölüb, 157 nəfər isə sağalaraq evə buraxılıb. 

 

Beləliklə, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Qvadelupanı koronaviruslu ölkələr siyahısında sıfır göstərici ilə işarələyib.

 

Qeyd edək ki, bundan öncə Sent-Bartelemi, Folklend Adaları, Anguilla, Papua-Yeni Qvineya, Beliz, Yeni Kaledoniya, Farer Adaları, Mavriki, Qərbi Saxara, Sen-Pyer və Mikelon, Karib Niderlandı, Müqəddəs Lüsiya, Şərqi Timor, Kamboca, Eritreya, Fransa Polineziyası, Dominika, Sen Kits və Nevis Federasiyası, Montserrat, Seyşel Adaları, Makao, Müqəddəs Kitts və Nevis, Trinidad və Tobaqo Respublikası, Törks və Kaykos Adaları, Aruba, Britaniya Vircin Adaları, Montserrat, Men adası, Qrenlandiya, Fici Aadaları Respublikası, Yeni Zelandiya, Vatikan və Laosda koronaviruslu xəstə qalmayıb.

 

ÜST-ün məlumatına görə COVID-19 dünyanın 213 ölkə və bölgəsində qeydə alınıb.

 

T.İSMAYIL

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?