Modern.az

Ərdoğan: “Rusiya Qarabağ məsələsində baş oyunçu ola bilər”

Ərdoğan: “Rusiya Qarabağ məsələsində baş oyunçu ola bilər”

13 Yanvar 2010, 23:11

Bu gün Moskvada Beynəlxalq Münasibətlər İnstitutunda “Türkiyənin xarici siyasəti” mövzusunda çıxış edən baş nazir Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, “Rusiya Qarabağ münaqişəsinin həllində baş oyunçu ı ola bilər”.  Modern.az “Zaman”a istinadən xəbər verir ki, verir ki, Ərdoğan bəyan edib ki, Türkiyə Ermənistanla münasibətlərin nizamlanması istiqamətində vacib addımlar atır. “Buna əyani olarar Sürixdə protokolların imzalanmasını göstərmək olar. Bundan başqa düşünürəm ki, Azərbaycan torpaqlarının işğalına son qoyulmalıdır”-deyə Ərdoğan bildirib. Onun sözlərinə görə, Qarabağ münaqişəsinin həlli çox vacibdir. “Bu məsələdə Minsk qrupuna vacib rol ayrılıb, 20 il davam edən münaqişə həllini tapmayıb. Düşünürəm ki, RF bu məsələdə daha fəal ola və baş icraçı ola bilər. Bu mənim səfərimin ən vacib mövzularından  biridir”-deyə Ərdoğan bildirib.

Ərdoğan Qarabağa dair BMT Təhlükəsizlik Şurasının qətnamələrini xatırladıb və qeyd edib ki, bu sənədlərdə Azərbaycan ərazilərinin işğalı rəsmən təsbit olunub.

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhədimiz POZULDU - Hərbçilərimiz ATƏŞ AÇDI