Modern.az

COVİD-19 xəstələrindən 30 nəfər süni tənəffüs cihazına qoşuldu - FOTO

COVİD-19 xəstələrindən 30 nəfər süni tənəffüs cihazına qoşuldu - FOTO

Ölkə

15 İyun 2020, 22:13

Azərbaycanda son 24 saatda koronavirusla bağlı daha 5 052 nəfər test edilib.

TƏBİB-dən Modern.az-a verilən məlumata görə, bununla da ölkədə koronavirusa qarşı test edilənlərin sayı 386 898 nəfərə çatıb.

Son bir sutkada ölkədə 367 yeni yoluxma, 3 ölüm qeydə alınıb.

Məlumata görə, hazırda reanimasiyada 132 nəfər müalicə alır, 30 nəfər isə süni tənəffüs cihazına qoşulub.


Qeyd edək ki, indiyədək ölkəmizdə 10 324 nəfər virusa yoluxub, 122 nəfər  ölüb, 5 739 nəfər isə sağalıb. Hazırda müalicəsi davam edən xəstələrin sayı 4 463  nəfərdir.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü