Modern.az

Fransada koronavirus qurbanlarının sayı 29 436 nəfərə çatdı

Fransada koronavirus qurbanlarının sayı 29 436 nəfərə çatdı

Dünya

15 İyun 2020, 23:23

Fransada daha 29 nəfər koronavirusdan dünyasını dəyişib.

 

Modern.az xəbər verir ki, bununla da ölkədə COVID-19 qurbanlarının sayı 29 436 nəfərə çatıb.

 

Ölkənin Səhiyyə Nazirliyinin məlumatına görə, onlardan 19 052 nəfəri xəstəxanalarda  dünyasını dəyişib.

Hazırda xəstəxanalarda 10 752 nəfər müalicə edilir. Onlardan 846-sı reanimasiya şöbələrindədir. Son gündə xəstəxanalara daha 114 xəstə daxil olub.

Pandemiyanın başlanğıcından xəstəxanalara 103,3 min nəfər yerləşdirilib. Virusa yoluxan 73 min insan evə buraxılıb. 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı