Modern.az

Qubada dincələn ÜST nümayəndəsi Azərbaycan ictimaiyyətindən üzr istədi

Qubada dincələn ÜST nümayəndəsi Azərbaycan ictimaiyyətindən üzr istədi

Ölkə

16 İyun 2020, 10:04

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı sosial şəbəkədə müzakirə edilən fotosu ilə bağlı açıqlama yayıb.

 

ÜST Azərbaycan nümayəndəliyindən Modern.az-a verilən məlumatda bildirib:

 

“Əziz dostlar,

 

Sosial mediada paylaşdığım və mənfi reaksiyaya səbəb olan şəkillərlə bağlı məsələyə aydınlıq gətirmək istəyirəm.

 

Bildiyiniz kimi, COVID-19 pandemiyası ilə əlaqədar REACT-C19 layihəsini həyata keçiririk. Layihə çərçivəsində Türkiyədə təhsil almış və çalışan 19 azərbaycanlı həkim hazırda ölkənin müxtəlif rayon və şəhərlərinə səfər edərək, yerli həkimlərə kömək edirlər.

 

İyunun 13-də, həmin həkimlərlə birlikdə Quba və Qusar rayonlarına səfər etmişdik. Sosial mediada paylaşdığım şəkillər və video o zaman çəkilib.

 

Bu paylaşımı yanlış zamanda etdiyimi qəbul edirəm və buna görə sizdən üzr istəyirəm”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir