Modern.az

Çində daha 40 nəfər yoluxdu

Çində daha 40 nəfər yoluxdu

Dünya

16 İyun 2020, 10:39

Çində son günlər yeni növ koronavirusa (COVID-19) yoluxmalar artmaqdadır.

 

Modern.az xəbər verir ki, ötən sutka daha 40 nəfərdə infeksiya aşkarlanıb, ölən olmayıb. Bununla da ölkədə koronavirusa yoluxanların sayı 83 221-ə yüksəlib. Vəfat edənlərin sayı isə 4634 nəfərdir.

 

Qeyd edək ki, bir neçə gün öncə Çinin paytaxtı Pekində yerləşən kənd təsərrüfatı bazarlarının birində koronavirus ocağı tapılıb. Bu səbəbdən paytaxtda hərbi vəziyyət elan olunub. Çinin dövlət qurumları həmin bazarla əlaqəli olan 200 min insanı axtarır.

 

T.İSMAYIL

 

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir