Modern.az

2009-cu ilin fəal və passiv deputatları elan edildi

2009-cu ilin fəal və passiv deputatları elan edildi

Parlament

14 Yanvar 2010, 13:15

Parlament Jurnalistləri Birliyi (PJB) üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin 2009-cu ildəki fəaliyyətinin qiymətləndirilməsi üçün parlamentdə akkreditasiya olunmuş jurnalistlər arasında sorğu keçirib. Sorğu nəticəsində 2009-cu ilin fəal və passiv deputatları müəyyənləşdirilib. Modern.az xəbər verir ki, PJB ənənvi olaraq hər ilin sonunda Milli Məclisdə akkreditə olunmuş jurnalistlər arasında sorğu keçirərək millət vəkillərinin fəaliyyətinə qiymət verir. Ötən illərdə olduğu kimi bu dəfə də sorğunun nəticələrinə əsasən “İlin ən fəal millət vəkili”, “İlin ən passiv millət vəkili”, “Seçici hüquqlarını müdafiə edən ən fəal millət vəkili” və “Azərbaycanı beynəlxalq təşkilatlarda təmsil edən ən fəal millət vəkili” nominasiyaları üzrə qaliblər seçilib.

«İlin fəal millət vəkili» nominasiyasının qalibləri:

Azay Quliyev
Siyavuş Novruzov
Qüdrət Həsənquliyev
Aydın Mirzəzadə
Fazil Mustafa
Vahid Əhmədov
Bahar Muradova
Zahid Oruc
Əli Məsimli
Pənah Hüseyn

Bu nominasiyanın qalibləri Milli Məclisinin 2009-cu ildəki fəaliyyəti dövründə plenar iclaslarda cari məsələlərin və gündəlikdə duran məsələlərin müzakirəsində fəallıqlarına görə müəyyən ediliblər.

«Seçici hüquqlarını müdafiə edən fəal millət vəkili» nominasiyasının qalibləri:

Qənirə Paşayeva
Cəmil Həsənli
Sabir Rüstəmxanlı
Arzu Səmədbəyli
İkram İsrafil
İltizam Əkbərli
Fuad Muradov
Gülər Əhmədova
Nazim Məmmədov
 Elmira Axundova

Bu nominasiyanın qalibləri Milli Məclisinin 2009-cu ildəki fəaliyyəti dövründə  həm parlament tribunasından, həm də seçki dairələrində seçici hüquqlarını müdafiə etdiklərinə görə müəyyən ediliblər.

«Azərbaycanı beynəlxalq təşkilatlarda təmsil edən fəal millət vəkili»

Ziyafət Əsgərov
Gültəkin Hacıbəyli
Nizami Cəfərov
Asəf Hacıyev

Bu nominasiyanın qalibləri Milli Məclisinin 2009-cu ildəki fəaliyyəti dövründə Azərbaycan Respublikasını beynəlxalq təşkilatlarda (NATO Parlament Assambleyası, AŞPA,  TürkPA və QDİƏT PA) fəal təmsil etdiklərinə görə müəyyən ediliblər.

“İlin qanunvericilik təşəbbüsü ilə çıxış edən ən fəal millət vəkili”

 Mehriban Əliyeva         

Bu nominasiyanın qalibi Milli Məclisin 2009-cu ildəki fəaliyyəti dövründə parlamentdə qanunvericilik təşəbbüsü ilə çıxış etdiyinə görə müəyyən edilib.

Parlament Jurnalistləri Birliyinin üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin 2009-cu ildəki fəaliyyətinin qiymətləndirilməsi üçün parlamentdə akkreditasiya olunmuş jurnalistlər arasında keçirdiyi sorğu nəticəsində ilin ən passiv deputatları da müəyyənləşdirilib.
Qeyd edək ki, həmin millət vəkilləri Milli Məclisin 2009-cu ildəki fəaliyyəti dövründə plenar iclaslarda cari məsələlərin və gündəlikdə duran məsələlərin müzakirəsində passiv iştirak etdiklərinə görə müəyyən ediliblər.

 «İlin passiv millət vəkili» adına layiq görülənlər:

Maqsud İbrahimbəyov
Məcid Kərimov
Mixail Zabelin
Anar Məmmədxanov
Ülvi Quliyev
Rövnəq Abdullayev
Rüfət Quliyev
Mirkazım Kazımov
Cavanşir Paşazadə
Azər Kərimli

PJB-nin Milli Məclisinin 2009-cu ildəki fəaliyyətinin qiymətləndirilməsi üçün parlamentdə akkreditasiya olunmuş jurnalistlər arasında keçirdiyi sorğu nəticəsində parlamentin 2009-cu ildəki ümumi işinə və qurumun mətbuat xidmətinin fəaliyyətinə də qiymət verilib.

Beləliklə, «Üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin 2009-cu ildəki ümumi fəaliyyətini necə qiymətləndirirsiniz» sualına cavab verən parlament jurnalistlərinin 40 faizi «qənaətbəxş», 44 faizi «qeyri-qənaətbəxş», 16 faizi isə «cavab verməkdə çətinlik çəkirəm» cavabını veriblər.

«Üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin 2009-cuildəki fəaliyyəti dövründə qurumun mətbuat xidmətinin fəaliyyətini necə qiymətləndirirsiniz» sualına cavab verən sorğu iştirakçılarının  86 faizi «qənaətbəxş», 13 faizi «qeyri-qənaətbəxş», 1 faizi isə «cavab verməkdə çətinlik çəkirəm» cavabını veriblər.

Parlament Jurnalistləri Birliyinin Azərbaycan Respublikası Milli Məclisində akkreditə olunmuş jurnalistlər arasında keçirdiyi sorğu əsasında qalib olmuş 2009-cu ilin fəal millət vəkillərinin mükafatlandırılması mərasimi keçirilib.

Qeyd edək ki, deputat Pənah Hüseyn mərasimin gedişində anlaşılmayan səbəbdən qalib adından və diplomdan imtina edərərk tədbiri yarımçıq tərk edib.

Qaliblərin mükafatlandırma mərasimindən fotosessiya saytımızda ayrıca yerləşdirilib.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi