Azərbaycan Respublikasının Milli Məclisində karonavirus infeskiyası ilə bağlı əməkdaşlar arasında mütəmadi testlər aparılır.
Milli Məclis Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlıumata görə, bu testlər nəticəsində parlamentin İşlər İdarəsinin iki əməkdaşında "COVID-19" testinin nəticəsi müsbət çıxıb.
Onlar dərhal həkim nəzarətinə götürülüblər. Həmin iki əməkdaşın ünsiyyətdə olduğu həmkarları dəqiq müəyyən edilərək, karantin rejiminin tələblərinə uyğun izolyasiya olunublar.
Milli Məclisin "COVID-19" testinin nəticəsi müsbət çıxan əməkdaşları özlərini yaxşı hiss edir. Onlarda hərarət və infeksiyanın digər əlamətləri müşahidə edilmir.