Modern.az

Daha 155 soydaşımız Dağıstandan Azərbaycana buraxıldı

Daha 155 soydaşımız Dağıstandan Azərbaycana buraxıldı

Dünya

16 İyun 2020, 18:17

Azərbaycan Rusiya sərhədində ötən gün baş verən toqquşmadan sonra bu gün 155 vətəndaşımız Azərbaycana buraxılıb.

 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Dərbənd rayon administrasiyasından açıqlama verilib.

 

“Saxlanılanlar hələ buraxılmayıb. Dünənki hadisələrə qədər adı siyahıda olan 155 nəfər bu gün sərhəddən buraxılıb”.

 

Dünən Azərbaycan vətəndaşları və Rusiya polisi arasında baş verən toqquşma ilə bağlı Azərbaycan tərəfi ilə danışıqlar aparılır.  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü