Modern.az

İsraildə koronavirusa yoluxanların sayı artır

İsraildə koronavirusa yoluxanların sayı artır

16 İyun 2020, 23:33

İsraildə 258 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

Modern.az  xəbər verir ki, bu barədə İsrailin Səhiyyə nazirliyi məlumat yayıb.

Hazırkı dövrədək ölkədə 19 495 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 15 449 nəfər müalicə olunaraq sağalıb, 302 nəfər vəfat edib, 3 744 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Qeyd olunub ki, pasiyentlərin 29-nun vəziyyəti ağırdır.

Xatırladaq ki, İsraildə may ayının sonlarında aşkar olunan xəstəlik halları artıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı