Modern.az

Daha bir ölkə koronavirusdan QURTULDU

Daha bir ölkə koronavirusdan QURTULDU

17 İyun 2020, 09:28

Dünyanın daha bir ölkəsində koronavirus (COVID-19) xəstəsi qalmayıb.

 

Modern.az xəbər verir ki, Bruneydə infeksiyaya yoluxmuş 141 nəfərdən 3-ü ölüb, 138 nəfər isə sağalaraq evə buraxılıb. 

 

Beləliklə, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Bruneyi koronaviruslu ölkələr siyahısında sıfır göstərici ilə işarələyib.

 

Qeyd edək ki, bundan öncə Sent-Bartelemi, Folklend Adaları, Anguilla, Papua-Yeni Qvineya, Yeni Kaledoniya, Farer Adaları, Mavriki, Qərbi Saxara, Sen-Pyer və Mikelon, Karib Niderlandı, Müqəddəs Lüsiya, Şərqi Timor, Kamboca, Eritreya, Fransa Polineziyası, Dominika, Sen Kits və Nevis Federasiyası, Montserrat, Seyşel Adaları, Makao, Müqəddəs Kitts və Nevis, Trinidad və Tobaqo Respublikası, Törks və Kaykos Adaları, Aruba, Britaniya Vircin Adaları, Men adası, Qrenlandiya, Fici Aadaları Respublikası, VatikanLaos, Qvadelupa və Sint-Martendə koronaviruslu xəstə qalmayıb.

 

ÜST-ün məlumatına görə COVID-19 dünyanın 213 ölkə və bölgəsində qeydə alınıb.

 

T.İSMAYIL

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir