Modern.az

Qarabağda koronavirusa yoluxanların sayı 100-ə YAXINLAŞIR

Qarabağda koronavirusa yoluxanların sayı 100-ə YAXINLAŞIR

Qarabağ

17 İyun 2020, 12:11

Azərbaycanın işğal altındakı Qarabağ torpaqlarında COVİD-19-a 12 yeni yolxuma halı aşkar olunub.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, ötən gün daha 4 nəfərdə COVİD-19 olması müəyyənləşib. Onların hamısı Xocavənd rayonunun Hadrut qəsəbəsindəndir.

Beləliklə, koronavirusa yoluxanların ümumi sayı 91 nəfərə çatıb. Onlardan  54-ü sağalıb. Hazırda Laçın, Kəlbəcər, Xocavənd və Tərtər rayonunun işğal altındakı ərazilərində virus ocaqları mövcuddur.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir