Modern.az

Rusiyada koronavirusa yoluxanların sayı 550 mini keçdi

Rusiyada koronavirusa yoluxanların sayı 550 mini keçdi

17 İyun 2020, 12:54

Rusiyada ötən sutka daha 7843 nəfərdə koronavirus aşkarlanıb, 194 nəfər virusun qurbanı olub.

 

Modern.az xəbər verir ki, bununla da ölkədə ibfeksiyaya yoluxanların sayı 553 301-ə, ölənlərin sayı isə 7478-ə yüksəlib.

Bu günə kimi Rusiyada koronaviruslu xəstələrdən 304 342 nəfəri sağalıb, 241 481 xəstənin müalicəsi davam etdirilir.

 

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma sayına görə dünyada ABŞ və Braziliyadan sonra üçüncü yerdə qərarlaşıb.

 

T.İSMAYIL

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir