Modern.az

16 BMT əməkdaşı həlak olub

16 BMT əməkdaşı həlak olub

Təhsil

14 Yanvar 2010, 11:09

Haitidə baş vermiş dəhşətli zəlzələdə BMT-nin 14 əməkdaşı həlak olub. Modern.az-ın BBC-yə istinadən verdiyi məlumata əsasən, bu barədə BMT baş katibinin müavini Süzanna Malkora bildirib. Zəlzələ zamanı BMT-nin ölkədəki nümayəndəliyinin 50 –dən artıq əməkdaşı isə yaralanıb. Missiyanın rəhəbəri Xedi Annabi və onun müavini də itikin düşüb. BMT nümayəndəliyi qismən dağılıb. 

Ən son məlumata görə, BMT baş katibi Pan Gi Mun ölən BMT əməkdaşlarının sayının 16-a çatdığını deyib. Beynəlxalq təşkilatın 150 əməkdaşı isə itkin düşüb.  

Son 200 ildə Haitidə belə güclü zəlzələ olmayıb. Ölkə rəsmiləri qurbanların  sayının 100 mini keçəcəyini bildiriblər.  

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!