Modern.az

Növbəti buraxılış imtahanları bu rayonlarda keçiriləcək - TARİX

Növbəti buraxılış imtahanları bu rayonlarda keçiriləcək - TARİX

17 İyun 2020, 16:59

Dövlət İmtahan Mərkəzi ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə 24 və 25 iyunda keçirəcəyi buraxılış (qəbul) imtahanlarının qrafikini elan edib. 

 

Dövlət İmtahan Mərkəzindən Modern.az-a  verilən məlumata görə, rayon və şəhərlər, imtahanda iştirak etməli olan şəxslər və imtahanların növləri ilə qrafikdə tanış ola bilərsiniz

 

Digər şəhər və rayonlar üzrə imtahanlar (o cümlədən əvvəlki illərin məzunları üçün qəbul imtahanları) ictimaiyyətə əvvəlcədən məlumat verilməklə növbəti həftə içi günlərində keçiriləcək.

 

"İmtahana buraxılış vərəqəsi" hər imtahan günündən 5 gün əvvəl DİM-in saytında yerləşdiriləcək.

 

Xatırladaq ki, Naxçıvan – Bakı aviareysləri bərpa olunsa da, xüsusi karantin rejimindən əvvəl Naxçıvana gedərək orada qalan və yaranmış vəziyyətlə əlaqədar DİM-ə müraciət edən şəxslərin nəzərinə çatdırırıq ki, onlar üçün imtahan növbəti həftə içi günlərində Naxçıvanda təşkil olunacaqdır. Həmin şəxslər Bakıya dönməməli və Naxçıvanda qalmalıdırlar.

 

Xatırladaq ki, 24, 25 iyun tarixlərində şəhər və rayonlara uyğun:

 

  9-cu sinif üzrə buraxılış imtahanları;

  11-ci sinif üzrə buraxılış imtahanları;

  Ümumi (9 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən cari və əvvəlki illərinməzunları üçün qəbul imtahanları;

  Azərbaycan dilindən fərqli dildə təhsil alan 9-cu (cari və əvvəlki illər) və 11-ci sinif (cari il) məzunları üçün Azərbaycan dili (dövlət dili) imtahanları keçiriləcək.

Tarix/İmtahan*

24.06.2020

25.06.2020

11-ci sinif cari ilin məzunları üçün
buraxılış imtahanı

Nizami (Bakı)
Nəsimi (Bakı)
Sumqayıt (II hissə siyahı)
Zaqatala
Qax
İsmayıllı
Ucar
Xaçmaz
Siyəzən
Xızı

Sabunçu (Bakı)
Səbail (Bakı)
Abşeron (II hissə siyahı)
Balakən
Oğuz
Şamaxı
Zərdab
Quba

Azərbaycan dili (dövlət dili) imtahanı
-Azərbaycan dilindən fərqli dildə təhsil alan
11-ci sinif cari ilin məzunları üçün

Binəqədi (Bakı)
Suraxanı (Bakı)
Gəncə/Kəpəz
Sabirabad
Qazax
Cəlilabad
Lənkəran
Yevlax
Xüsusi məktəblər (Bakı)*

Yasamal (Bakı)
Xəzər (Bakı)
Gəncə/Nizami
İmişli
Ağstafa
Masallı
Astara
Bərdə
Biləsuvar

9-cu sinif cari ilin məzunları üçün buraxılış imtahanı

Gəncə/Kəpəz
Sabirabad
Qazax
Cəlilabad (I hissə siyahı)
Lənkəran
Yevlax
Xüsusi məktəblər (Bakı)*

Gəncə/Nizami
İmişli
Ağstafa
Masallı (I hissə siyahı)
Astara
Bərdə (II hissə siyahı)
Biləsuvar

01.03.2020-ci il tarixində buraxılış imtahanı vermiş və
9 illik təhsil bazasında kolleclərə sənəd vermiş cari ilin
məzunları üçün qəbul imtahanı

Binəqədi (Bakı)
Suraxanı (Bakı)

Yasamal (Bakı)
Xəzər (Bakı)

9 illik təhsil bazasında kolleclərə sənəd vermiş
əvvəlki illərin məzunları üçün qəbul imtahanı

Binəqədi (Bakı)
Suraxanı (Bakı)
Gəncə/Kəpəz
Sabirabad
Qazax
Lənkəran
Yevlax
Xüsusi Məktəblər (Bakı)*

Yasamal (Bakı)
Xəzər (Bakı)
Gəncə/Nizami
İmişli
Ağstafa
Astara
Bərdə
Biləsuvar

Azərbaycan dili (dövlət dili) imtahanı –
– Azərbaycan dilindən fərqli dildə təhsil alan 9‑cu sinif cari ilin məzunları üçün
– 9 illik təhsil bazasında kolleclərə ərizəsini rus bölməsi üzrə təsdiq etmiş
əvvəlki illərin məzunları üçün

Nizami (Bakı)
Nəsimi (Bakı)
Sumqayıt
Zaqatala
Qax
İsmayıllı
Ucar
Xaçmaz
Siyəzən
Xızı

Sabunçu (Bakı)
Səbail (Bakı)
Abşeron
Balakən
Oğuz
Şamaxı
Zərdab
Quba

 

Qeyd edək ki, həmişə olduğu kimi cari ilin məzunları bitirdikləri məktəbin yerləşdiyi yerə uyğun rayonda (şəhərdə) imtahan verirlər. Əvvəlki illərin məzunları isə şəxsi kabinetlərində faktiki yaşadıqları ünvanı qeyd etdikləri halda, yaşadıqları ünvanın aid olduğu yerə uyğun, əks halda, şəxsiyyət vəsiqəsində qeyd olunmuş ünvanın aid olduğu yerə uyğun rayonda (şəhərdə) imtahan verirlər.

 

- Sumqayıt şəhəri və Abşeron rayonunda yerləşən məktəblərin 9 və 11, Bərdə, Cəlilabad, Masallı rayonunda yerləşən məktəblərin isə 9-cu sinif şagirdlərinin ümumi sayı hərəkət intensivliyinin azaldılması məqsədilə iki imtahan gününə bölünüb. Cədvəldə bu hal müvafiq olaraq, hissələrlə adlandırılıb.

- Məcburi köçkün rayonlarının məktəblərində təhsil alan şagirdlər bitirdikləri təhsil müəssisəsinin yerləşdiyi şəhər və rayonların imtahan gününə uyğun tarixlərdə imtahan verirlər.

- Xüsusi məktəblərə (Bakı) – internat məktəbləri, Çilov adasında yerləşən məktəb, cəzaçəkmə müəssisələrində yerləşən məktəblər aiddir.

- İmtahana buraxılış vərəqələri hər imtahan günündən 5 gün əvvəl DİM-in saytında yerləşdiriləcək.

Twitter
Sizə yeni tvit var
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?