Modern.az

Tərtər minaatanlardan atəşə tutulub?  - Müdafiə Nazirliyi məlumat yaydı

Tərtər minaatanlardan atəşə tutulub?  - Müdafiə Nazirliyi məlumat yaydı

Qarabağ

17 İyun 2020, 19:05

Sosial şəbəkələrdə və bəzi saytlarda guya ön xətt yaxınlığında Tərtər rayonu ərazisində torpaq yolun düşmən tərəfindən minaatanlardan atəşə məruz qalması barədə məlumat yayılıb.

 

Modern.az-ın məlumatına görə, Azərbaycan Müdafiə Nazirliyindən bildirilib ki, yayılan bu məlumat həqiqəti əks etdirmir. Belə ki, müəyyən olunub ki, həmin ərazidə partlayış baş verib. Buna səbəb isə birinci Qarabağ müharibəsi zamanı bir metrdən artıq dərinlikdə basdırılmış tank əleyhinə mina olub.

 

Hazırda əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır