Modern.az

Baş Nazir qəzaya düşdü

Baş Nazir qəzaya düşdü

Dünya

17 İyun 2020, 19:52

Böyük Britaniyanın Baş Naziri Boris Consonun avtomobil korteji qəzaya uğrayıb.

 

Modern.az-ın məlumatına görə, bu barədə “RİA Novosti” Baş Nazir dəftərxanasının rəsmi nümayəndəsinə istinadən xəbər verib.

 

Bildirilib ki, Baş Nazirin əyləşdiyi avtomobil Londonun mərkəzində hərəkət edirmiş. Gözlənilmədən onun qarşısına mitinq iştirakçısı çıxıb. Sürücü avtomobilin qarşısına çıxan şəxsi vurmamaq üçün əyləci basıb, arxadan gələn avtomobil ona çırpılıb.

 

İnsident nəticəsində heç kim xəsarət almayıb. Avtomobilin bamperi əzilib. Polis qəzaya səbəb olan şəxsi saxlayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!