Modern.az

Mer maaşını 10 faiz azaltdı

Mer maaşını 10 faiz azaltdı

17 İyun 2020, 21:29

London meri Sadiq Xan koronavirus pandemiyası fonunda şəhər büdcəsinin xərclərini azaltmaq üçün öz maaşını 10 faiz azaldıb, həmçinin meriyada rəhbər vəzifələrdə çalışan əməkdaşların maaşlarının qaldırılmasını dayandırıb.

 

Modern.az  “RİA Novosti”yə istinadən xəbər verir ki, London merinin maaşı ildə 152 734 funt sterlinq təşkil edir. Beləliklə, 2020-ci ildə Xan 15,3 min funt sterlinq az alacaq.  

“COVID-19 pandemiyadan əvvəl əla formada olan London büdcəsinə dağıdıcı təsir göstərib. TFL (London nəqliyyat idarəetmə şirkəti) gəlirləri 90 faizdən çox azalıb. Biznes və bələdiyyə vergilərindən əldə edilən gəlirlər kəskin şəkildə düşüb”, - merin sözləri sitat gətirilir.

Sadiq Xan, həmçinin, qeyd edib ki, sərt qənaət tədbirlərinin tərəfdarı deyil, amma indi xərclər azalmasa, şəhər hakimiyyəti polis, yanğınsöndürən və digər vacib xidmət əməkdaşlarının sayını azaltmalı olacaq.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir