Modern.az

Fransada pandemiya qurbanlarının sayı 29 575 nəfərə çatıb

Fransada pandemiya qurbanlarının sayı 29 575 nəfərə çatıb

18 İyun 2020, 00:59

Fransada son bir gündə koronavirusdan 28 nəfər ölüb.

Modern.az  xəbər verir ki, bununla da pandemiya qurbanlarının sayı 29 575 nəfərə çatıb.

 

Fransanın Səhiyyə Nazirliyinin məlumatına görə, ölkədə epidemiyanın başlanğıcından 29 575 insan ölüb. Onlardan 19 118-i xəstəxanalarda vəfat edib.

Qeyd edilir ki, sosial və tibbi-sosial müəssisələrdə qeydə alınmış ölümlər üzrə məlumatlar 23 iyunda yenilənəcək.

Hazırda xəstəxanalarda 10 267 insan müalicə edilir. Son 24 saatda daha 116 nəfər COVID-19 diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Ölkə xəstəxanalarının reanimasiya şöbələrində 772 pasiyent müalicə edilir.

Fransada epidemiyanın başlanğıcından 103,5 min insan xəstəxanaya yerləşdirilib. Ölkədə virusa yoluxmuş 73,6 mindən çox insan sağalaraq evə buraxılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi