Modern.az

Bakıdakı qeyri-əhali qaz abunəçiləri ilə müqavilələr bağlanılır

Bakıdakı qeyri-əhali qaz abunəçiləri ilə müqavilələr bağlanılır

Təhsil

14 Yanvar 2010, 11:23

ARDNŞ “Azəriqaz” İB-nin Bakı şəhəri Qaz İstismarı İdarəsi Bakı şəhərində təbii qazdan istifadə edən qeyri-əhali qruplarının fasiləsiz və texnoloji rejimə uyğun olaraq təbii qazla təmin edilməsi, eləcə də qaz itkisinin qarşısının alınması məqsədi ilə onlarla “Təbii qazdan istifadə, istismar və ödəniş qaydaları haqqında” müqavilə bağlanılmasını davam etdirir.
ARDNŞ-nin mətbuat xidmətinin məlumatına görə, 2009-cu ilin oktyabrından başlayaraq artıq qeyri-əhali abonentləri ilə ümumilikdə 1419 ədəd belə müqavilə bağlanıb. Bu müqavilələrin 145-i Sabunçu rayonu, 126-sı Binəqədi rayonu, 463-ü Xətai rayonu, 190-ı Nəsimi rayonu, 157-si Qaradağ raronu, 103-ü Nizami rayonu, 100-ü Nərimanov rayonu, 93-ü Suraxanı rayonu, 42-si isə Əzizbəyov rayonunu əhatə edir. Hazırda qeyri-əhali qrupuna aid abunəçilərlə müqavilələrin bağlanması prosesi davam etdirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir