Modern.az

Keçmiş deputat ailəvi təcrid olunub: “Novxanıdayam, heç şəhərə də getmirəm”

Keçmiş deputat ailəvi təcrid olunub: “Novxanıdayam, heç şəhərə də getmirəm”

18 İyun 2020, 11:57

“COVİD-19 pandemiyası ümumdünya bəlasına çevrilib. Təəssüf ki, ölkəmizdə bu virusa yoluxanların sayı hər gün bir az daha artır. Hər bir Azərbaycan vətəndaşı kimi bu məni də narahat edir”.


Bu fikirləri Modern.az-a açıqlamasında keçmiş deputat İlham Əliyev deyib.

Sabiq deputat bəzi insanların qaydalara riayət etməməsinə də münasibət bildirib:

“Hesab edirəm ki, hər birimiz Nazirlər Kabineti yanında Operativ Qərargahın qoyduğu qaydalara əməlm etməliyik. Biz qaydaları pozduqca, yoluxma sürətlə artır. Ətrafımda olanlara, yaxınlara, doğmalara bir daha çağırış edirəm ki, baş verənlərə laqeyd yanaşmasınlar. Pandemiyanın ilk günlərində insanlarda qəribə inamsızlıq hökm sürürdü. Ancaq son vaxtlar bu virusun mövcudluğuna inanırlar. Heç də uzağa getməyək. Tanınımş aktyor Bəhram Bağırzadə də bu xəstəliyə yoluxub. Bütün xəstələrə şəfa diləyirəm. Gəlin, xəstəliklə zarafat etməyək. Onun təhlükəli olduğuna inanaraq özümüzü, ətrafımızı doğmalarımızı qoruyaq!”.

İlham Əliyev özünün də qaydalara riayət etməsindən söz açıb:

“Soruşursuz ki, hazırda keçmiş deputat nə işlə məşğul olur?! Hamı kimi qaydalara əməl edirəm. Neçə vaxtdır ki, ailəmlə Novxanıdayam.  Demək olar ki, heç şəhərə də getmirəm.  Cənab prezident İlham Əliyevin ilk gündən çağırışına qoşuldum. Bu gün də insanların maariflənməsi üçün  çalışıram”.

Qeyd edək ki, İlham Əliyev dördüncü və beşinci çağırış Milli Məclisin deputatı olub.

O, AMEA-nın prezidenti Ramiz Mehdiyevin kürəkənidir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir