Modern.az

Robert Koçaryan həbsdən azad olundu

Robert Koçaryan həbsdən azad olundu

Dünya

18 İyun 2020, 17:52

Ermənistan eks-prezidenti Robert Koçaryan həbsdən azad olunub. Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, o 2 milyard dram girov qarşılığında azad edilib.

 Yerevan Appelyasiya məhkəməsinin hakimi Arsen Nikoqosyan qərar verən zaman Koçaryan məhkəmə zalında olmayıb. Onun maraqlarını vəkili Ovannes Xudoyan təmsil edib. Dövlət ittihamçısı isə Koçaryanın azadlıqda qaldığı müddətdə şahid və zərərçəkmişlərə təzyiq göstərə biləcəyini bildirib. 

 

Xatırladaq ki, Robert Koçaryan 2008-ci il 1 mart hadisələri zamanı 10 nəfərin ölümü, yüzlərlə insanın yaralanması ilə nəticələnən hadisələrə görə ittiham olunur. 

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır