Modern.az

Volkan Bozkırın BMT-yə sədr seçilməsi Azərbaycana nə verəcək? - ŞƏRH

Volkan Bozkırın BMT-yə sədr seçilməsi Azərbaycana nə verəcək? - ŞƏRH

Dünya

18 İyun 2020, 18:15

Türkiyəli diplomat Volkan Bozkır BMT-nin Baş Assambleyasının yeni sədri seçilib.

Bu, BMT Baş Assambleyasının tarixində türk diplomatın sədr seçilməsi kimi ilk haldır.


Maraqlıdır, qardaş ölkədən olan nümayəndənin bu cür nüfuzlu təşkilatda rəhbər vəzifəyə seçilməsininAzərbaycan üçün hansısa təsirləri ola bilər?


Məsələ ilə bağlı Modern.az-a danışan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev bir türkün prestij baxımından bu vəzifəyə təyin olunmasının müsbət hal olduğunu, lakin yeni qətnamə qəbul olunacağı təqdirdə BMT ilə iş aparmağın mümkün olacağını bildirib:

“BMT Baş Assambleyasının gündəliyində hazırda bir məsələ var, o da bizim işğal olunmuş ərzailərlə bağlıdır. O da ki, 2008-ci ildən bu yana hələ müzakirə olunmayıb. Əgər Azərbaycanda yeni qətnamənin qəbul olunması ilə bağlı qərar qəbul olunsa, onda BMT Baş Assambleyası ilə müvafiq iş aparmaq olar. Amma sədrin ordakı rolu daha çox formal xarakter daşıyır. Sadəcə, prestij baxmdan türkün belə bir vəzifəyə təyin olması müsbət hal kimi qiymətləndirilə bilər.

Bizimlə bağlı konkret məsələdə Volkan Bozkırın hər hansı qərar verməsinə gəldikdə isə BMT-də iş prinsipləri başqadır. Yəni sədrin iş mexanizminə təsiri o qədər böyük deyil. Amma bizə yaxın olan ölkənin nümayəndəsinin bu vəzifəyə layiq görülməsi yaxşı haldır”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir