Modern.az

Putindən koronavirusa yoluxan prezidentə dəstək

Putindən koronavirusa yoluxan prezidentə dəstək

Dünya

18 İyun 2020, 23:12

Rusiya Prezidenti Vladimir Putin Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayevə teleqram göndərib.

Modern.az  xəbər verir ki, bu barədə rəsmi Kremlin saytı məlumat yayıb. Bildirilir ki, Putin koronavirusa yoluxan Nazarbayevə dəstəyini bildirib.

O, Nazarbayevin həyat eşqinin, ruh yüksəkliyinin və optimizminin siyasətçiyə yaxın vaxtlarda xəstəliyə qalib gəlməkdə kömək edəcəyinə əminliyini ifadə edib:

“Səmimi qəlbdən sizə tamamilə sağalmağı və uzun ömür, can sağlığı arzu edirəm”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı