Modern.az

ABŞ Dövlət katibi keçmiş həmkarını “satqın” adlandırdı

ABŞ Dövlət katibi keçmiş həmkarını “satqın” adlandırdı

19 İyun 2020, 10:19

ABŞ Dövlət katibi Mayk Pompeo Donald Trampın təhlükəsizlik məsələləri üzrə eks-köməkçisi Con Boltonu "satqın" adlandırıb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Pompeo Boltonun “Bunların baş verdiyi otaq” adlı memuarında vəzifədə olarkən Ağ Evdə üzləşdiyi bütün hadisələr barədə ətraflı yazmasını satqınlıq hesab edib.

“Con Boltonun sonuncu ictimai rolunun ABŞ xalqının müqəddəs inamından sui-istifadə edərək satqına çevrilməsi həm təssüfləndirici, həm də təhlükəli haldır”-deyə Pompeo “Tvitter”də yazıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı