Modern.az

200-dən çox polis azərbaycanlı tələbənin qatilini axtarır

200-dən çox polis azərbaycanlı tələbənin qatilini axtarır

19 İyun 2020, 10:30

17 yaşlı azərbaycanlı tələbə, Volqoqrad Tibb Universitetinin tələbəsi Timur Qavrilovun qatilini tapmaq üçün 200-dən çox polis səfərbər olunub.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Volqoqrad vilayətinin polis rəisi, general-leytenant Aleksandr Kravçenko açıqlama verib.

 

“Qətli törədən şəxsin şəxsiyyətinin müəyyən olunması və tapılması istiqamətində operativ işlər davam etdirilir”.

Xatırladaq ki, Timur Qavrilov iyunun 12-dən 13-nə keçən gecə küçədə naməılum şəxs tərəfindən 20 bıçaq zərbəsi vurularaq qətlə yetirilmişdi.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır