Modern.az

Facebook istifadəçilərinə pulsuz antivirus veriləcək

Facebook istifadəçilərinə pulsuz antivirus veriləcək

Təhsil

14 Yanvar 2010, 11:46

Facebook sosial şəbəkəsi dünyanın ikinci ən iri antivirus və antihaker proqram təminatı istehsalçısı olan McAfee şirkəti ilə saziş imzaladığını bəyan edib.

Saziş nəticəsində 350 milyon Facebook istifadəçisi McAfee-dən Internet Security Suite proqramının altı aylıq test versiyasını pulsuz əldə edəcək və test müddəti bitəndən sonra həmin antivirus proqramının tam versiyasını endirimlə almaq imkanı qazanacaqlar.
Həmçinin Facebook və McAfee birgə internet-proqram hazırlayıblar ki, bu proqram sosial şəbəkənin istifadəçilərinin haker hücumu əlamətləri göstərən kompüterləri “müayinə” edəcək və təmizləyəcək. Bu proqram da həmçinin pulsuz təqdim olunur
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü