Modern.az

Dağıstan məhkəməsi 5 Azərbaycan vətəndaşı barədə QƏRAR VERDİ

Dağıstan məhkəməsi 5 Azərbaycan vətəndaşı barədə QƏRAR VERDİ

20 İyun 2020, 18:09

Dağıstanın Məhərrəmkənd rayon məhkəməsi 5 Azərbaycan vətəndaşını müvəqqəti saxlanma təcridxanasına göndərib.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, prokurorluq ümumilikdə 10 azərbaycanlının məhkəmə önünə çıxarılacağını açıqlayıb.

 

Onlar polisə müqavimət (318.1) və qəsdən əmlakın məhv edilməsi (167-ci maddə) ilə təqsirləndirirlər. Bundan əvvəl məhkəmə 83 Azərbaycan vətəndaşını 10 sutkalıq həbsə göndərmişdi.  

İyunun 15-də Azərbaycan-Dağıstan sərhədindəki Məhərrəmkənd rayonunun Kullatr postunda yüzlərlə azərbaycanlı ilə Rusiya polisi arasında kütləvi toqquşma baş vermişdi. Nəticədə Azərbayacana keçmək istəyən soydaşlarımız döyülmüş, aşağılanmışdı...

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır