Modern.az

İcra başçının müavini koronavirusdan öldü - Həyat yoldaşı da ağır vəziyyətdə

İcra başçının müavini koronavirusdan öldü - Həyat yoldaşı da ağır vəziyyətdə

20 İyun 2020, 18:10

Samux Rayon İcra Hakimiyyəti başçısının müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırması şöbəsinin müdiri Qəzənfər Əliyev iyunun koronavirus xəstəliyindən vəfat edib.

Modern.az xəbər verir ki, Qəzənfər Əliyev Goranboy Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsində müalicə olunurmuş.

Samux Rayon İcra Hakimiyyətindən əldə etdiyimiz məlumata görə, mərhumun həyat yoldaşı, Gəncədəki 10 nömrəli məktəbin direktoru Arzu Əliyeva da hazırda koronavirusdan müalicə olunur. Onun da çox ağır durumda olduğu söylənilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu