Modern.az

Gənc ailə köhnə avtobusdan ev düzəltdi

Gənc ailə köhnə avtobusdan ev düzəltdi

20 İyun 2020, 21:04

Böyük Britaniyada yaşayan gənc cütlük Tom və Kayli köhnə, lazımsız avtobusdan təkər üzərində əsl ev düzəldiblər.

 

Modern.az novate.ru saytına istinadla bildirir ki, 23 ildir ölkə sakinlərini gəzdirən avtobus artıq bir müddət idi lazımsız bir əşya kimi maşın qəbiristanlığına atılmışdı.

 

Avtobusun özü ailəyə 1500 funt sterlinqə başa gəlsə də, onun ev halına salınması üçün daha çox xərc çəkilib. İndi burada yaşamaq üçün bütün zəruri şərait yaradılıb.

 

Avtobus-evdə Avropanın yarısını gəzən gənclər onu 12 min funt sterlinqə satmaq qərarına gəliblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir