Modern.az

Dünyanın ən qiymətli sırğaları hərracda

Dünyanın ən qiymətli sırğaları hərracda

21 İyun 2020, 11:01

Sotheby’s satış evi sırğa formasına salınmış iki nadir brilyantı hərraca çıxarıb.

 

Modern.az Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, qiymətli daşlardan biri “Mavi Apollon” (14,5 karat), digəri isə “Çəhrayı Artemida” (16 karat) adlanır. Onlara qədim yunan allahlarının adı təsadüfən verilməyib. Hərrac evinin nümayəndələri bildirirlər ki, bu daşlar öz nadir rənginə və təmizliyinə görə, dünyanın ən gözəl brilyantlarından hesab olunur.

 

Brilyantlara sırğa forması verilsə də, onlar ayrı-ayrılıqda satılacaq. İki lotun start qiyməti 68 milyon dollar təşkil edir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər