İyunun 15-də Şərqi Ladakxda baş verən toqquşma nəticəsində Hindistan əsir götürdüyü Çin hərbçilərini Pekinə təhvil verib.
Modern.az xəbər verir ki, bu barədə “Asian Age” qəzeti məlumat yayıb.
Azad edilən əsirlərin sayı barədə məlumat verilmir.
Qeyd edək ki, iki ölkə arasında əldə olunan razılaşmadan sonra cümə axşamı Çin tərəfi 10 hindli əsiri Hindistan tərəfinə təhvil vermişdi.